» » Leyla Əliyeva mərhum döyüşçünün əşyalarını qohumuna verdi -

Leyla Əliyeva mərhum döyüşçünün əşyalarını qohumuna verdi - Fotolar

Bölmə: Mədəniyyət
Leyla Əliyeva mərhum döyüşçünün əşyalarını qohumuna verdi - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb.

Fonddan Xalqinfo.az-a verilən məlumata görə, görüş zamanı Leyla Əliyeva 1942-ci ilin payızında Leninqrad (Sankt-Peterburq) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu - qardaşı oğlu Abay Abbasova təqdim edib.

Qeyd edək ki, İbrahim Abbas oğlu Vəliquliyevin cəsədinin qalıqları Rusiyanın “Dobrovolets Politex” axtarış qrupu tərəfindən Neva çayı yaxınlığında tapılıb. Əslən Şamaxı rayonunun Dağkolanı kəndindən olan igid həmvətənimizin cəsədinin qalıqları Sankt-Peterburq yaxınlığında yerləşən “Nevskiy Pyataçok” memorialında dəfn edilib. Onun üzərində tapılan medal və sənədlər Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna təqdim olunub.

Tapılan əşyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mərhumun Azərbaycandakı qohumuna təqdim edilməsi üçün ölkəmizə gətirilib.

Söhbət zamanı Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həyatlarını qurban vermiş azərbaycanlıların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. O, həmin müharibədə 300 min övladı həlak olmuş Azərbaycan xalqının faşizm üzərində Qələbəyə böyük töhfə verdiyini vurğulayaraq, bütün şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əydiyini bildirib.

Leyla Əliyeva mərhum döyüşçünün əşyalarını qohumuna verdi -
Leyla Əliyeva mərhum döyüşçünün əşyalarını qohumuna verdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler