» » Mövlud müsabiqəsi haqda bəyanat -

Mövlud müsabiqəsi haqda bəyanat - Saxta səslər

Bölmə: Mədəniyyət
Mövlud müsabiqəsi haqda bəyanat - Mövlud Mövlud Mükafatı hekayə müsabiqəsinin onlayn səsverməsinə saxta yollarla müdaxilə edənlərin balları keçərsiz sayılacaq.

Kult.az xəbər verir ki, bu barədə Mövlud Mövlud Mükafatı hekayə müsabiqəsinin Təşkilat Komitəsinin yaydığı bəyanatda qeyd edilib.

Komitə bildirib ki, müsabiqənin qısa siyahısına düşən bəzi müəlliflər müəyyən proqramlar vasitəsilə səsvermədə öz səslərinin sayını artırır:

“Bildiyiniz kimi, bu hekayə mərhum yazıçımız Mövlud Mövludun xatirəsinə təşkil olunub. Müsabiqənin təşkil olunmasından məqsəd gənc yazıçılara dəstək olmaqdır. Müsabiqənin tamamilə ədalətli keçirilməsinə çalışırıq və münsif səsverməsi prosesində buna maksimum dərəcədə əməl etmişik. Lakin bəzi müəlliflər onlayn səsverməni saxtalaşdırırlar. Bunu əvvəlcə səsvermədə iştirak edən digər müəlliflərə, ikinci növbədə isə Mövlud Mövludun xatirəsinə hörmətsizlik hesab edirik”.

Bəyanatda vurğulanıb ki, saxta yollara qazanılmış bütün səslər silinəcək və yalnız bundan sonra qalib müəyyən ediləcək:

“Nəzərə alsaq ki, onluğa düşən müəlliflər gələcəyin ziyalıları olmağa iddialıdır, belədə onların bu addımı atması təəssüf doğurur. Başa düşürük, rəqabət aparırlar, amma bunu ədalətli şəkildə etsələr, daha düzgün olar.

Müsabiqə iştirakçılarının öz mətnlərini təbliğ etməsi, yaxınlarını səsvermədə iştirak etməyə çağırması təbii haldır. Ancaq saxta vasitələrlə səsverməyə müdaxilə etmək yolverilməzdir. Müsabiqənin səsverməsinə nəzarət edən proqramçılarımız prosesi izləyir və müdaxilə edənləri də görür. Ümid edirik ki, bundan sonra müəlliflər səsvermənin ədalətli şəkildə aparılmasına çalışacaqlar. Bütün iştirakçılara uğurlar arzulayırıq!”.

Qeyd edək ki, “Gündəlik Teleqraf” Holdinqin mərhum yazıçı Mövlud Mövludun xatirəsinə təşkil etdiyi Mövlud Mövlud Mükafatı adlı hekayə müsabiqəsinin qısa siyahısı onlayn səsverməyə buraxılıb. Bu LİNK-ə daxil olaraq bəyəndiyiniz hekayəyə səs verə bilərsiniz.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler