» » Leyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLAR

Leyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLAR

Bölmə: Mədəniyyət, MANŞET
Leyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLARHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (İUCN) Sidney şəhərində keçirilən Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib.

Xalqinfo.az bildirir ki, Fondun mətbuat xidmətindən qafqazinfo-ya daxil olan xəbərə görə, Leyla Əliyeva Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, eləcə də münbit iqlim şəraiti barədə Konqres iştirakçılarına məlumat verib. Həmçinin, təbiətin və ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə görülən işlər və müşahidə olunan irəliləyişlər diqqətə çatdırılıb və 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyinin Azərbaycanda, eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Leyla Əliyeva çıxışında, həmçinin IDEA İctimai Birliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən IDEA-nın təşəbbüsü ilə respublikada 3 milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması layihələri barədə məlumat verilib.

Sessiyada çıxış edənlər sırasında Cənubi Afrika Respublikasının keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Nelson Mandellanın nəticəsi Luvuyo Mandela təcrübə mübadiləsi aparılmasının və mühafizə olunan ərazilərin, o cümlədən qoruqların genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 14-də Ümumdünya Parklar Konqresi çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib.

Leyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLARLeyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLARLeyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLARLeyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLARLeyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLARLeyla Əliyeva Sidneydə Parklar Konqresində- FOTOLAR

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler