Nizami Kino Mərkəzində "Sehirli xalat" milli bədii filminin 50 illik yubileyi keçirildi - FOTOBölmə: Mədəniyyət
Noyabrın 12-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olundu.Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edildi. Cavid İmamverdiyevin hazırladığı ssenari əsasında çəkilmiş videoçarx və Nizami rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Rəna Kərimovanın rəhbərlik etdiyi uşaq qrupu öz mahir çıxışları ilə tamaşaçıların ruhunu oxşadılar. Filmdə çəkilmiş aktyorların, Zərifə obrazını yaratmış S.Hətəmovanın, Y.Şeyxovun A.Mustafayevanın, filmin bəstəkarı xalq artisti A.Məlikovun, məşhur tarzən Z.Əliyevin çəkilişlər haqqında xatirələri maraqla qarşılandı. Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, sənət adamları və digər qonaqlar iştirak ediblər. Qonaqlar Nizami Kino Mərkəzinin foyesində əfsanəvi filmlə bağlı Dövlət Film Fondunun təşkil etdiyi foto sərgi ilə də tanış olublar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|