» » “Rəşid Mahmudova ayıb olsun” -

“Rəşid Mahmudova ayıb olsun” - Əməkdar artist

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
“Rəşid Mahmudova ayıb olsun” -“Rəşid Mahmudov getsin, xəstələrini deyil, özünü müalicə etsin”.

Xalqinfo.az bildirir ki,bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru Elçin Əhmədov deyib.

O vurğulayıb ki, R.Mahmudov hələ “mütrif” sözünün mənasını bilmir: “Mütrif sözü tamam başqa mənadadır. Biz kişili-qadınlı hamımız pis yola gedənik? Onda belə çıxır ki, əməkdar və xalq artisti fəxri adı küçədə qalan, pis yola gedənlərə verilir? Rəşid müəllim fikirləşmir ki, bu cinayətdir? Çox təəssüf edirəm. Buna bizdən əvvəl Teatr Xadimləri İttifaqı cavab verməli idi. Amma vermədilər. Çox heyif. Bu teatrda, sənətdə kişilər olub. O kişilər indi də var. Hələ mərd qadını da var. O bilmir, nə danışır. Necə olur ki, baş prokurorluq buna göz yumur. Azərbaycan mədəniyyətini təhqir edən adama cinayət işi açılmır”.

Əməkdar artist Elxan Quliyev isə deyib ki, Rəşid Mahmudova işlətdiyi ifadəyə görə ayıb olsun: “Rəşid getsin, Maştağaya, orada onu hər tərəfli müalicə edəcəklər”.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov müğənnilər Təranə Qumralla həmkarı Nazəninin arasında yaşanan qalmaqalın efirdə yayımlanmasına görə telekanalları qınayıb.

O, “Artist mütrif deməkdir. Yəni, artistin kişisi də, arvadı da pis yola gedəndir. Çünki onlar bizim xalqın milli mentalitetinə uyğun olmayan adamlardır. Mən onlar haqqında fikir də söyləmək istəmirəm” sözlərini deyib.

Şərh Yaz
ŞƏRH(1)

dasdemir 27 oktyabr 2015 15:39
Allah omruvu uzun elesin Resid muellim.duz deyirsen. her kuceden kecenin xalq artisti olmasi duzgun deyil.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler