» » Leyla Əliyeva Avstraliya parklarında - Fotolar

Leyla Əliyeva Avstraliya parklarında - Fotolar

Bölmə: Mədəniyyət, MANŞET
Leyla Əliyeva Avstraliya parklarında - FotolarAvstraliyada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ətraf mühitin və biomüxtəlifliyin qorunması sahəsində bir sıra görüşlər keçirib.


Xalqinfo.az bildirir ki, Heydər Əliyev Fondunun mətbuat xidmətindən qafqazinfo-ya daxil olan xəbərə görə, bu ölkənin bir sıra məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub.

Heyvanların artırılma mərkəzlərinə baş çəkən Leyla Əliyevaya yox olma təhlükəsi ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq olunan metodlar, bu heyvanların sayının artırılması vasitələri, həmçinin bu sahədəki qabaqcıl texnologiyalar barədə geniş məlumat verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar barədə, eyni zamanda bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai Birliyi tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparıldığını bildirən Leyla Əliyeva bu heyvanların və biomüxtəlifliyin mühafizəsi sahəsində Azərbaycanla Avstraliya arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Leyla Əliyeva Avstraliya parklarında - FotolarLeyla Əliyeva Avstraliya parklarında - FotolarLeyla Əliyeva Avstraliya parklarında - FotolarLeyla Əliyeva Avstraliya parklarında - FotolarLeyla Əliyeva Avstraliya parklarında - FotolarLeyla Əliyeva Avstraliya parklarında - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler