» » Xalq artistinin oğlu: "Bu yolla atamdan nələrsə qopardıb" - FOTO

Xalq artistinin oğlu: "Bu yolla atamdan nələrsə qopardıb" - FOTO

Bölmə: Mədəniyyət, MANŞET
Xalq artistinin oğlu: "Bu yolla atamdan nələrsə qopardıb" - FOTOMərhum aktyor Eldəniz Zeynalovun oğlu Məmməd Eldənizoğlu "Düzünü desək" verilişində qonaq olub
Xalqinfo.az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan gənc aktyor atasının sağlığında başına gələn hadisədən danışıb.

"Atam 2001-ci ildə dünyasını dəyişib. Məndə onun davamçısıyam. Atamın başına gələn bir hadisəni danışmaq istəyirəm. Onun sağlığında hal-hazırda yaşadığımız evi təmir edirdilər. Usta gəlib atama deyirdi ki, təmir üçün nəsə çatmır pul ver. Atam da hər dəfəsində yox demədən dediyi məbləği ona verirdi. Evdə çalışan ustalar dəfələrlə bu yolla atamdan nələrsə qopardıb. Sonda isə yenə də pul istəyib birdəfəlik yoxa çıxdılar.

Atam dünyasını dəyişəndən bir neçə il sonra həmin ustalardan biri evə gəldi. Qapını açıb gördüm ki, bizə dələduzluq edən ustadı. Mənə dedi, atan rəhmətə gedib sağlığında bizə bir az borclu qalmışdı. Bunlarla mübahisə etdim. Birini tutdum, biri isə qaçdı. Atamın başına çox hadisələr gəlib. İndi atamı toylarda parodiya edib, pul qazanırlar. Hətta, özlərini Eldəniz Zeynalovun oğlu kimi təqdim edirlər".

Xalq artistinin oğlu: "Bu yolla atamdan nələrsə qopardıb" - FOTO

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler