» » “Lider” prezidentinin xanımı məşhurları bir araya gətirdi

“Lider” prezidentinin xanımı məşhurları bir araya gətirdi

Bölmə: Mədəniyyət
“Lider” prezidentinin xanımı məşhurları bir araya gətirdiAzərbaycanın tanınmış simaları heyvanlarla bağlı sosial layihədə iştriak ediblər.

Xalqinfo.az xəbər verir ki, məşhur bəstəkar Aygün Səmədzadə, xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, yazıçı Çingiz Abdullayev, müğənnilər Murad Arif, Elnur Hüseynov, aparıcılar Hüsniyə Məhərrəmova, Tural Əsədov, millət vəkili Qənirə Paşayeva, ilahiyyatçı Hacı Şahin və başqaları layihə üçün bir araya toplaşıblar.

“Sahibsiz küçə heyvanlarını qoruyaq” devizi ilə çəkilən sosial çarxda heyvanlarla davranış qaydalarından bəhs edilir.

3 dəqiqə 47 saniyəlik video Lider TV-nin rəsmi “Youtube” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, layihə Lider TV-nin rəhbəri Ədalət Əliyevin xanımı Nailə Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlib. Elə sosial videoda N. Əliyevanın özü də iştirak edib.

Ə. Əliyevlə N. Əliyeva 2015-ci ildə ailə həyatı qurub. Onların Umay adlı bir qızı və yeni doğulan oğlan övladı var.

Xatırladaq ki, Nailə Əliyevanın heyvanlar üçün nəzərdə tutulmuş geyim butiki var.


“Lider” prezidentinin xanımı məşhurları bir araya gətirdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler