» » Azərbaycanda kilsə muzeyə çevriləcək -

Azərbaycanda kilsə muzeyə çevriləcək - DÖVLƏT MÜŞAVİRİ

Bölmə: Mədəniyyət
Azərbaycanda kilsə muzeyə çevriləcək - “Azərbaycanda dini biliklərin aşağı olması özünü göstərir. Belə olmasaydı, bəzi rayonlarda bəzi yeniyetmələr təmiz islam dininə yad təmayüllərə uymazdılar”.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, bunu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, məktəb və universitetlər bu bilikləri artırmağın, dolğunlaşdırmağın daha optimal yollarını axtarmalıdırlar. “Bunu təkcə müəllimlər, alimlər deyil, onlarla birgə din xadimləri, ilahiyyatçılar həyata keçirməli, bəlkə mövcud dərsliklərə, xüsusilə, "Həyat bilgisi" dərsliyinə müəyyən əlavələr etməyin faydasını götür-qoy etməlidirlər. Belə boşluqlar dərsliklərimizdə var. Bu istiqamətdə addımlar atmağın yollarını düşünürük”.

Müşavir vurğulayıb ki, Bilik Fondu "Dini abidələrimizdə tarixin izləri" adlı çox səmərəli bir layihə həyata keçirir. “Qazaxda bir kilsədə olarkən gördüm ki, bu, təmir olunmuş bir abidədir, ancaq gələni yoxdur. Rus Pravoslav Kilsəsinin başçısı arxiyepiskop Aleksandr Ataya təklif etdim, o, kilsənin Multikulturalizm Muzeyinə çevrilməsinə ürəklə razılıq verdi. İndi bu istiqamətdə işlər aparılır. Azərbaycanda məscid ilə kilsənin, sinaqoqun dünyanın heç bir yerində analoqu olmayan anlaşıqlı, səmimi, dərin qarşılıqlı hörmətə əsaslanan münasibəti var. Bu münasibətin əsl katalizatoru bir tərəfdən əgər cəmiyyətdirsə, digər tərəfdən dövlətdir. Elə bilirəm, Prezident yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə həyata keçirəcəkləri dəyərli layihələrlə cəmiyyətimizi sevindirəcəklər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler