» » Mir Şahin yeni telekanal açır

Mir Şahin yeni telekanal açır

Bölmə: Mədəniyyət
Mir Şahin yeni telekanal açır
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev yeni telekanal açır.

Xalqinfo.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni telekanala artıq işçı yığımına start verilib. Keçmiş ANS əməkdaşlarının bir çoxuna da işləmək təklifi göndərilib.

Yeni telekanalın bir müddət internet üzərindən fəaliyyət göstərəcəyi, texniki məsələlər həll olunandan sonra isə teleyayıma başlayacağı bildirilir.

Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də əlaqə saxlamaq istəsək də, o telefon zənglərinə cavab vermədi.

Telekanalın Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə ilə bağlılığı olub-olmaması məsələsini dəqiqləşdirə bilmədik. Amma bir neçə gündən sonra bu mövzuya da aydınlıq gələcək. Belə ki, MTRŞ-ın ANS-in keçmiş tezliyi üçün elan etdiyi müsabiqə 16 dekabr 2017-ci il tarixdə başa çatır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler