» » Molla Pənah Vaqifin 300 illiyi keçirildi -

Molla Pənah Vaqifin 300 illiyi keçirildi - Fotolar

Bölmə: Mədəniyyət
Molla Pənah Vaqifin 300 illiyi keçirildi - Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə növbəti tədbir dekabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb.

Xalqinfo.az xəbər verir ki, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirakı ediblər.

Əvvəlcə qonaqlar M.P.Vaqifin əsərlərindən, habelə şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgisi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb:

“Dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği uzun illərdir ki, ənənə halını alıb. Molla Pənah Vaqifin də yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, demək olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Akademik Nizami Cəfərovun şairin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığı “Molla Pənah Vaqif” biblioqrafiyası nazirliyin, “Molla Pənah Vaqif dünya dillərində” kitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib”.

Gecədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Kabardin Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev də çıxış edib.

Molla Pənah Vaqifin 300 illiyi keçirildi - Molla Pənah Vaqifin 300 illiyi keçirildi - Molla Pənah Vaqifin 300 illiyi keçirildi - Molla Pənah Vaqifin 300 illiyi keçirildi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler