» » Xəstəlikdən əziyyət çəkən Xalq artisti:

Xəstəlikdən əziyyət çəkən Xalq artisti: Halallığımı verdim

Bölmə: Mədəniyyət
Xəstəlikdən əziyyət çəkən Xalq artisti:
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə yenicag.az-a açıqlama verən xanəndə qocalıqdan şikayətlənib: “Səhhətimdən şikayətlənmirəm. Yaşlı adamam, elə xəstəliyim də yaşla əlaqədardır”.

Vaxtilə mahnılar bəstələyən illərin sənətkarı yaradıcılığına nöqtə qoyduğunu deyib: “Vaxtilə saysız-hesabsız mahnılar bəstələmişəm. Bir çox tanınmış müğənnilər onları oxuyub. Heç birinə də qadağa qoymamışam. Mən onların ifasından narazı deyiləm, qoy oxusunlar. Niyə etiraz edim axı? Mahnı yaşamalıdır. Hərəsi mahnılarıma bir cür nəfəs verib. Heç vaxt mahnılarımı pulla satmamışam. Hamısına halallığımı vermişəm. Hərdən soruşurlar ki, niyə yeni bəstələr yoxdur? Deyirəm ki, daha qocalmışam, 90 yaşım var, yaratdıqlarım kifayətdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler