» » Heydər Əliyev Mərkəzinin parkında sərgi keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında sərgi keçiriləcək

Bölmə: Mədəniyyət
Heydər Əliyev Mərkəzinin parkında sərgi keçiriləcək
İlk dəfə olaraq, dünyanın ən böyük macəra və idman fotosərgisi "Illume" Bakıya gəlir.

Xalqinfo.az xəbər verir ki, işıqlandırma mövzusuna uyğun olaraq, “Image Quest 2016”-nın finalçı 55 fotoşəkli 2x2 metrlik işıq qutuları üzərində nümayiş olunacaq.

Dünyanın möhtəşəm macəra və idman fotomüsabiqəsində, həmçinin bu ilin noyabrında Azərbaycanda keçirilən Milli Mobil Müsabiqədə iştirak edən və qalib gələn 5 fotoşəkil təqdim ediləcək.

Sərgi Bakının mərkəzində, ecazkar memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək. Bu zərif memarlıq nümunəsi müasirliklə yanaşı, Azərbaycan xalqının zəngin mədəni irsinin rəmzidir.

Sərgi 19 dekabr 2017 - 15 yanvar 2018-ci il tarixləri arasında, hər gün saat 17:00-dan 23:00-dək açıq olacaq. Həftəsonları əlavə əyləncəli proqramlar təşkil olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler