» » 19-cu əsr Bakısının heç yerdə yayımlanmayan fotoları -

19-cu əsr Bakısının heç yerdə yayımlanmayan fotoları - Reimsdə sərgiləndi

Bölmə: Mədəniyyət
19-cu əsr Bakısının heç yerdə yayımlanmayan fotoları -
Bakının 19-cu əsrdə çəkilmiş bəzi unikal və bu günə qədər nümayiş olunmamış fotoşəkilləri Fransanın Reims şəhərində “Musée-Hôtel Le Vergeur” otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşəbbüsü ilə sərgilənib.

"Xalqinfo" xəbər verir ki, sərgirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Gürcüstanın Fransadakı səfiri xanım Ekaterina Siradze-Delaunay və Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell də daxil olmaqla 60-a yaxın qonaq iştirak edib.

Qeyd edək ki, fotoşəkillər səyyah, fotoqraf, xeyriyyəçi və “Musée-Hôtel Le Vergeur” otelinin keçmiş sakini olmuş Hugues Krafft (1853–1935) tərəfindən çəkilib. O, 1896 və 1898-ci illərdə Rus çarı II Nikolayın xeyir-duası ilə Cənubi Qafqaza səyahət edib.

Onun Paris Coğrafiya Cəmiyyətinin qızıl medal və Fransa Akademiyasının Monthyon mükafatını qazanmış bəzi fotoşəkilləri 1902-ci ildə “Haçette” nəşriyyatı tərəfindən “Rus Türkistanından keçərkən” (Á travers le Turkestan russe) kitabında dərc edilmişdir. Demək lazımdır ki, bu vaxta kimi bəzi fotoşəkillər heç bir yerdə sərgilənməyib.

Hugues Krafft Azərbaycan da daxil olmaqla Cənubi Qafqazın mindən artıq görüntülərini lentə alıb. Onların 547-si “Musée-Hôtel Le Vergeur” otelinin arxivində saxlanılır. Ümumilikdə, Cənubi Qafqazda çəkilmiş şəkillərdən 26-sı 1898-ci ildə Bakıda çəkilib.

Fransada yaşayan gürcü tarixçisi Ana Çeişvilinin rəhbərliyi altında və TEAS Fransa ofisindən Ülkər Muller tərəfindən koordinasiya edilən bu maraqlı sərgi həm sosioloji, həm də etnoqrafik cəhətdən çox dəyərlidir.

Krafft tərəfindən təsis edilmiş Köhnə Reims Dostları Cəmiyyətinin sədri Jan-Fransua Kornü tədbir iştirakçıları qarşısında çıxış edərkən deyib: “Krafftın lentə aldığı fotoşəkilləri füsünkar mənzərə və abidələri, yerli xalqların geyim və mərasimlərini unikal və əvəzedilməz ifadələrə çevirdi..."

TEAS Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin: “Fransadakı şəxsi kolleksiyalarda və arxivlərdə saxlanılan fotoşəkillərə baxarkən, biz Hugues Krafftın Qafqazdakı səyahətlərinə aid fotoşəkillərin mövcudluğunu aşkar etdik və əmin olduq ki, onun Bakıda səfərini əks etdirən fotoşəkilləri dərc edilməyib Bu sərginin nəticəsi olaraq TEAS Press Nəşriyyatı tərəfindən eyniadlı kataloq dərc edilib.”

Azərbaycanın Fransadaki səfiri Rəhman Mustafayev sərginin təşkili təşəbbüsünü yüksək qiymətləndirərkən billdirib ki, bu cür sərgilər bizə Bakının qədim tarixini anlamağa və həmin dövrdə dünyadakı mövqeyini nəzərə almağa imkan verir.

19-cu əsr Bakısının heç yerdə yayımlanmayan fotoları -
19-cu əsr Bakısının heç yerdə yayımlanmayan fotoları -
19-cu əsr Bakısının heç yerdə yayımlanmayan fotoları -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler