» » Bakıda “İtaliya filmlərinin dadı” film festivalı keçirilir

Bakıda “İtaliya filmlərinin dadı” film festivalı keçirilir

Bölmə: Mədəniyyət
Bakıda “İtaliya filmlərinin dadı” film festivalı keçirilir
Bakıda İtaliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Dünyada İtaliya mətbəxi həftəsi” çərçivəsində “İtaliya filmlərinin dadı” adlı film festivalı keçirilir.

“Xalqinfo” xəbər verir ki, Səfirlikdən AzərTac-a verilən məlumata görə, festival çərçivəsində italyan mətbəxinin özəlliklərini özündə ehtiva edən, beynəlxalq mükafatlara layiq görülən İtaliyanın məşhur filmləri nümayiş olunacaq.

Tamaşaçılar festival çərçivəsində “Landmark”da 4 gün ərzində “Çörək və zanbaq”, “İnspektor Montalbano”, “İtaliya ağ-qarada yeyərkən”, “Şərab qayaları”,

“Ümumi mətbəx sənəti” və “Kətan üzərində şərab” filmlərini izləyə biləcəklər.
Filmlərin nümayişi ödənişsizdir və giriş sərbəstdir.

Qeyd edək ki, “Dünyada İtaliya mətbəxi həftəsi” hər il İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəstəyi ilə müxtəlif ölkələrdə ölkə mədəniyyətinin təbliği və təşviqi məqsədi ilə təşkil olunur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler