» » Ocaqovun “Təhminə”də hamının gözündən qaçan səhvi

Ocaqovun “Təhminə”də hamının gözündən qaçan səhvi

Bölmə: Mədəniyyət
Ocaqovun “Təhminə”də hamının gözündən qaçan səhvi
Rasim Ocaqov “Təhminə” filmini çəkəndən sonra montaj prosesində assistenti kadrda uyğunsuzluq görüb rejissora bildirir. Uyğunsuzluq da o imiş ki, Zaur Təhminənin evində pəncərədən baxarkən Spartakın maşını əvvəlcə örtükdə, ikinci dəfə baxanda isə örtüksüz olub.

Kult.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Arzu Qazıyeva bölüşüb. O bildirib ki, problemin yaranmasına səbəb yuyulmağa aparılmış örtüyün sonra yaddan çıxıb geri qaytarılmaması və eyni səhnənin davamı çəkilərkən də həmin detala diqqət yetirənin olmaması imiş:

“Əlbəttə ki, geri qayıdıb həmin epizodu təkrar çəkmək mümkün deyilmiş. Rasim Ocaqov fors-majoru anlasa da, tövrünü pozmayaraq deyib: “Əgər tamaşaçı maşının örtüyünün olub-olmamasına baxacaqsa, deməli, mən kino çəkməmişəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler