» » Rasim Ocaqovun anadan olmasından 84 il ötür

Rasim Ocaqovun anadan olmasından 84 il ötür

Bölmə: Mədəniyyət
Rasim Ocaqovun anadan olmasından 84 il ötür
Bu gün kinorejissor, kinooperator, ssenarist, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Rasim Ocaqovun anadan olmasında 84 il ötür.

Xalqinfo.az xəbər verir ki, R.Ocaqov 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.

50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. "Onun böyük ürəyi" (1958) filmi R.Ocaqovun ilk sərbəst işi idi. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.

Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq oldu. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

2013-cü il noyabrın 22-də Bakıda Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir./Oxu.Az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler