» » Qənirə Paşayeva Rasim Balayevlə görüşdü - Fotolar

Qənirə Paşayeva Rasim Balayevlə görüşdü - Fotolar

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Qənirə Paşayeva Rasim Balayevlə görüşdü - Fotolar
Xalq artisti Rasim Balayevlə millət vəkili Qənirə Paşayeva görüşüb.

“Xalqinfo”nun məlumatına görə, deputat sosial şəbəkədə görüşdən fotoları paylaşaraq aktyorla bağlı fikirlərini bölüşüb:

“Azərbaycan kinosunu onsuz təsəvvür etmək sadəcə mümkünsüzdür. “Dədə Qorqud” da Beyrəyi, “Babək”də Babəki, “Nəsimi”də Nəsimini biz onunla daha çox sevmişdik. Onun yaratdığı bütün rollar sevilirdi, çünki o, qəhrəmanlarını oynamırdı, yaşayırdı. Bir başqadır onun kinomuzdakı yeri və rolu. Özəlliklə bizim gənclik illərində hər kəs ona heyranlıqla baxardı və sevərdi. İllər keçdi, yaşı artdı. Kinomuzda yaşanan bəzi proseslərdən dolayı oynadığı rollar azaldı, televiziya ekranlarında az görünməyə başladı, amma heç kəs onu unutmadı, ona sevgi azalmadı.

Bu gün neçə saat söhbət necə keçdi heç xəbərimiz olmadı. Sözün əsl mənasında dərdləşdik Rasim müəllimlə. Nəsimi ruhlu, dünyagörüşlü bir ziyalı ilə söhbət təbii ki, maraqlı idi. Rasim müəllim inşallah sağlamlığına da qısa zamanda inanırıq ki, tam qovuşacaq. Onun əsas dərmanı isə insanların sevgisi olacaq yenə. Oturduğumuz məkandan ayrılanda insanların yaxınlaşıb necə böyük sevgi ilə onunla danışmaq istəməsi, şəkil çəkdirmək marağı bir daha göstərirdi ki, o, Azərbaycan mdəniyyəti tarixində hər zaman yaşayacaq. Söhbətimiz o qədər maraqlı idi ki, hamımız qatılmalı olduğumuz tədbirdən imtina etdik, zəng edib üzr dilədik. Rasim müəllim, siz hələ uzun illər yaşayacaqsınız, rollar da yaradacaqsınız. Sizinlə hələ neçə-neçə filmlər tamaşaçıları düşündürəcək, bəzən sevindirib, bəzən kədərləndirəcək. Siz Azərbaycana çox lazımsınız və özünüzü daha da çox qorumalısınız. Sizə ilk öncə möhkəm can sağlığı arzulayırıq və buna tezliklə tam qovuşacağınıza inanırıq”.

Qənirə Paşayeva Rasim Balayevlə görüşdü - Fotolar
Qənirə Paşayeva Rasim Balayevlə görüşdü - Fotolar
Qənirə Paşayeva Rasim Balayevlə görüşdü - Fotolar
Qənirə Paşayeva Rasim Balayevlə görüşdü - Fotolar
Qənirə Paşayeva Rasim Balayevlə görüşdü - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler