» » Xətainin ana dilində şeirləri tapıldı

Xətainin ana dilində şeirləri tapıldı

Bölmə: Mədəniyyət
Xətainin ana dilində şeirləri tapıldı
Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdığı şeirləri aşkar edib.

Oxu.Az-ın verdiyi xəbərə görə, Xətainin Ankara Milli Kitabxanasındakı "Əlyazma" məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb.

Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.

Sözügedən məcmuədə Sultan Süleymanın bu şeirə nəzirə olaraq yazdığı cavab da əksini tapıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler