» » “Azərbaycan nümunədir” -

“Azərbaycan nümunədir” - Bəhreynli nazir

Bölmə: Mədəniyyət
“Azərbaycan nümunədir” -
Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında səfərdədir.

“Xalqinfo” xəbər verir ki, səfər çərçivəsində Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə ilə görüş keçirilib.

Görüş zamanı, xanım nazir Azərbaycanla Bəhreyn arasında mədəni əlaqələrinin olduqca yüksək olduğunu bildirib, bundan sonra bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

“Azərbaycan nümunədir” -

Həmçinin, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə Bakıya etdiyi çoxsaylı səfərlərinin onda paytaxt və insanlar haqqında xoş təəssürat yaratdığını, tarix-mədəniyyət abidələrinin qorunması, tolerantlıq və multikulturalizm sahəsində Azərbaycanın nümunə olduğunu vurğulayıb.

Ə.Qarayev də öz növbəsində məmnunluğunu ifadə etmişdir. İran Körfəzi ölklərinin turizm sənayesi nümayəndələri üçün keçirilən Azərbaycanın turizm imkanlarının təqdimatı haqqında bəhs edən nazir bildirib ki, ölkəmiz Bəhreynlə həm mədəni, həm də turizm əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.

Görüş zamanı, son iki ildə Bəhreyndən Azərbaycana gələn turistlərin sayının sürətlə artmasından və qarşılıqlı turist mübadiləsi prosesinin həyata keçirilməsinin vacibliyi söyləyiblər.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

“Azərbaycan nümunədir” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler