» » Rafiq Hüseynovla vida mərasimi keçirildi -

Rafiq Hüseynovla vida mərasimi keçirildi - Foto + Yenilənib

Bölmə: Mədəniyyət
Rafiq Hüseynovla vida mərasimi keçirildi -
Dövlət Mahnı Teatrında Azərbaycanın Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilib.

Xalqinfo.az-ın APA-ya istinadla məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Professor İlham Rəhimli Rafiq Hüseynov haqqında xatirələrini bölüşüb, onun Azərbaycan televiziyasının inkişafındakı xidmətlərindən danışıb.

Xalq artisti, rejissor Ramiz Həsənoğlu Rafiq Hüseynovun xatirəsinin insanların yaddaşında daim yaşayacağına əminliyini bildirib.

Xalq artistləri Əli Məmmədov, Eldost Bayram, əməkdar artistlər Gülşən Əkbərova, Nərgiz Cəlilova, Rafiq Haşımov Rafiq Hüseynovu böyük dost, əvəzsiz televiziya xadimi kimi dəyərləndiriblər.

Qeyd olunub ki, Rafiq Hüseynov televiziya sahəsində məktəb yaradan insanlardan biri olub. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan teleməkanının simasına çevriliblər. Rafiq Hüseynovun açdığı cığır sonradan böyük yola çevrilib, televiziya və radioya özündən sonra böyük nəsil bəxş edib.

Vida mərasimi başa çatdıqdan sonra Rafiq Hüseynovun cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində, oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub.

Ağciyər xərçəngindən əziyyət çəkən Xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

***

09:43

Azərbaycanın Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

Xalqinfo.az-ın APA-ya istinadla məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən Xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler