» » “2018-ci ilin prezident seçkiləri maraqlandırmır məni ” - Rüstəm İbrahimbəyov

“2018-ci ilin prezident seçkiləri maraqlandırmır məni ” - Rüstəm İbrahimbəyov

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
“2018-ci ilin prezident seçkiləri maraqlandırmır məni ” - Rüstəm İbrahimbəyov
“Hazırda Azərbaycana gəlmək haqqında düşünmürəm. Sadəcə olaraq uzaqdan prosesləri izləyirəm. Milli Şuranın mitinqlərini böyük həvəslə izləyir və dəstək verirəm. Amma 2018-ci ildə keçiriləcək prezident seçkiləri məni maraqlandırmır”.

Xalqinfo.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.

Kinorejissor Azərbaycanın tanınmış diktoru Rafiq Hüseynovun vəfat etməsi xəbərinə çox üzüldüyünü dilə gətirib.

“Axırıncı dəfə mənə təsir edən hadisə tanınmış diktor Rafiq Hüseynovun vəfat etməsi oldu. Bu xəbərə çox təəssüfləndim. Ona görə də onun haqqında yazı yazdım. Amma Rafiqin vəfatı ilə bağlı görəcəyim işlərdən danışmaq istəmirəm. Öz səhhətimə gəlincə, hər şey qaydasındadır. Elə bir ciddi şikayətim yoxdur”.

Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri ərəfəsində öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler