Nazir sərgidə - Fotolar

Bölmə: Mədəniyyət
Nazir sərgidə -
Ötən gün Milli İncəsənət Muzeyində açılan “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” adlı sərgi də beynəlxalq simpoziumun yaddaqalan tədbirlərindən olub.

“Xalqinfo” xəbər verir ki, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan xalçasının dünyada təbliğ edilməsi baxımından sərginin əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edib ki, bu sərgi ilə dünyanın tanınmış sənət xəzinələri olan Viktoriya və Albert Muzeyində (London), Berlin İslam İncəsənəti Muzeyində və bir sıra şəxsi kolleksiyalarda qorunub saxlanılan zəngin və zərif tikmələrimiz, nəhayət ki, özünün həqiqi coğrafi-etnik ünvanını müəyyən edir. Uzun müddətdir ki, dünya alimlərinin nəzərini özünə cəlb edən tikmələrimiz əcdadlarımızın yüksək sənət məharətindən, incə zövqündən, fitri istedadından xəbər verir.

Daha sonra qonaqlar “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” sərgisi ilə yaxından tanış olublar.

Nazir sərgidə -
Nazir sərgidə -
Nazir sərgidə -
Nazir sərgidə -
Nazir sərgidə -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler