» » Bakı Şopinq Festivalı başlayır

Bakı Şopinq Festivalı başlayır

Bölmə: Mədəniyyət
Bakı Şopinq Festivalı başlayır
Azərbaycanda ikinci Bakı Şopinq Festivalının oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

“Xalqinfo” xəbər verir ki, bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat vəkosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər.

Bundan başqa, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.

“BakuShopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər.

Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında yerləşdiriləcək.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.

Bakı Şopinq Festivalı başlayır

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler