» » Bu gün Polad Bülbüloğlu UNESCO-nun baş direktoru seçilə bilər

Bu gün Polad Bülbüloğlu UNESCO-nun baş direktoru seçilə bilər

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Bu gün Polad Bülbüloğlu UNESCO-nun baş direktoru seçilə bilər
Xalqinfo.az virtualaz.org-a istinadən xəbər verir ki,bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək. Gizli səsvermənin ilk turu bu gün keçiriləcək. Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.

Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.

Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.

İŞ tərəfindən təyin olunan namizədin təsdiq edilməsi noyabrın 10-da keçiriləcək. Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacağı gözlənilir. O, iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik etmiş bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler