» » Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi - Audio

Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi - Audio

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi - Audio
Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov toyu üçün mahnı yazıb.

“Xalqinfo” xəbər verir ki, “Bu gün bizim günümüzdür” adlı bəstəni müğənni Zamiq Hüseynov ifa edib.

Müğənni sosial şəbəkədə sözügedən mahnını paylaşaraq belə yazıb:

“Əziz dostlar, bu yaxınlarda mənə çox əziz olan, hörmət etdiyim bir insanın özəl gününə mahnı hazırladıq. Çoxsaylı zəng və mesajlarınızı nəzərə alıb həmin mahnının bütöv versiyasını təqdim edirəm. Mahnının sözləri Seymur Talıbova, musiqisi isə Hakan Erola məxsusdur”.

Qeyd edək ki, mahnı ilk dəfə S. Talıbovun toyunda səsləndirilib.

Xatırladaq ki, S. Talıbov sentyabrın 15-də Naxçıvan daxili İşlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler