» » Cabir Abdullayev yenidən işinə qayıtdı

Cabir Abdullayev yenidən işinə qayıtdı

Bölmə: Mədəniyyət
Cabir Abdullayev yenidən işinə qayıtdı
Əməkdar artist Cabir Abdullayev yenidən Azərbaycan Milli Konservatoriyasındakı işinə qayıdıb.

Xalqinfo.az-ın məlumatına görə, işinə bərpa olunan xanəndə Publika.az-a açıqlama verərək məsələnin doğruluğunu təsdiqləyib: "Məktəbdə dərs bölgüləri çatışmırdı. Ona görə narazlıq var idi. Sağ olsun müəllim yoldaşlarım. Onlar qərar verdilər ki, mən işimə davam edim. Birinə həftəlik 10 dərs saatı düşürdüsə, hərəsi öz dərs saatlarından azaldaraq, yenidən müəllimliyimin bərpa olunmasına yardım etdilər".

Sənətçi onun işdən çıxma xəbərini geniş şəkildə yayan və ona dəstək olan media nümayəndələrinə də təşəkkür edib: "Bütün media işçilərinə minnətdarlıq bildirirəm. Xalqımızın sənətkarlarına qiymət verib, dəstək olursunuz. Burada düzgünlük gördüm. Media bir dənə də olsun, yalan məlumat yazmadı. Ailəmiz adından hər birinizə təşəkkür edirik".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler