» » Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər

Bölmə: Mədəniyyət
Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər
“Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər”.

“Xalqinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında dünya şöhrətli alim Lütfizadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib.

Onun sözlərinə görə, alimin cənazəsinin gətirilməsi sənədləşmə məsələsinə görə ləngiyir: “Hazırda bu məsələ müzakirə olunur. Hər halda, mənim bildiyim odur ki, bu proses yeddi gün, bəlkə də on gün çəkdi. Sizə dəqiq heç nə deyə bilmirəm. Çünki ola da bilər, yeddi-səkkiz günə yox, cənazəni dörd-beş günə gətirsinlər”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler