» » Fuad Poladovda xərçəng tapıldı

Fuad Poladovda xərçəng tapıldı

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Fuad Poladovda xərçəng tapıldı
Azərbaycanın xalq artisti Fuad Poladov xərçəng xəstəliyinə tutulub.

Xalqinfo.az APA TV-yə istinadən xəbər verir ki, tanınmış aktyor hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur.

Səhhətində ciddi problemlər olan Fuad Poladov bu səbəbdən Səməd Vurğun adına Rus Dram Teatrında yeni mövsümün açılışında iştirak edə bilməyib. Teatr yeni mövsümü Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşa ilə açıb. Fuad Poladov həmin gün açılışa gəlməli olsa da, həkim icazə verməyib. Xalq artistinin qırtlaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir.

Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır. Onun durumunun hansı ağırlıqda olduğu bəlli deyil. Xalq artistinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir, bu müalicə üçün isə külli miqdarda vəsait tələb olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler