» » Leyla Əliyeva Dövlət Rəssamlıq Akademiyasında -

Leyla Əliyeva Dövlət Rəssamlıq Akademiyasında - Fotolar

Bölmə: Mədəniyyət
Leyla Əliyeva Dövlət Rəssamlıq Akademiyasında -
Dövlət Rəssamlıq Akademiyasında təhsil alan fiziki qüsurlu tələbələrin tədris şəraitini yaxşılaşdırmaq üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə işlər həyata keçirilib.

"Xalqinfo”nun məlumatına görə, sentyabrın 15-də Fondun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyasında tələbələrin təhsil şəraiti ilə tanış olub.

Bildirilib ki, hazırda fiziki qüsurlu tələbələr üçün akademiyada lift quraşdırılıb və bu, xüsusi qayğıya ehtiyacı olan tələbələrin yuxarı mərtəbələrə rahat qalxıb-düşmələrinə şərait yaradır. Akademiyada, həmçinin fiziki qüsurlu tələbələrə emalatxanada xüsusi şərait yaradılıb.

Bildirilib ki, Dövlət Rəssamlıq Akademiyasında hazırda 30-dək fiziki qüsurlu tələbə təhsil alır. Onlar istedadları ilə seçilir, bu təhsil ocağını müxtəlif beynəlxalq səviyyəli müsabiqələrdə layiqincə təmsil edirlər. Onu da deyək ki, Dövlət Rəssamlıq Akademiyasında təhsil alan fiziki qüsurlu tələbələr Heydər Əliyev Mərkəzində keçirilən sərgilərdə də fəal iştirak edirlər. Ümumilikdə isə yeni tədris ilində akademiyaya 400-ə yaxın tələbə qəbul olunub. Burada təhsil alanlar arasında Türkiyə, Rusiya, Pakistan, Makedoniya və digər ölkələrdən olan ümumilikdə 130-a yaxın xarici tələbə var.

Leyla Əliyeva Dövlət Rəssamlıq Akademiyasında -
Leyla Əliyeva Dövlət Rəssamlıq Akademiyasında -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler