» » Vahabzadə, Rüstəmxanlı və Cəfərov... -

Vahabzadə, Rüstəmxanlı və Cəfərov... - Foto

Bölmə: Mədəniyyət
Vahabzadə, Rüstəmxanlı və Cəfərov... -
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Rahid Uluselin “Bir qalanın bürcləri: Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Nizami Cəfərov” kitabı işıq üzü görüb.

Kult.az xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında çapdan çıxan kitabda müasir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dayaqlarının möhkəmləndirilməsində böyük xidmətləri olan, həyat, düşüncə və axtarış yolları, mövqeləri ən mühüm milli məsələlərdə birləşənxalq şairləri Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı və əməkdar elm xadimi Nizami Cəfərovun fəaliyyət və yaradıcılığından bəhs edilir.

Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur.

Vahabzadə, Rüstəmxanlı və Cəfərov... -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler