» » Qarayev Nazirlər Forumunda -

Qarayev Nazirlər Forumunda - Fotolar

Bölmə: Mədəniyyət
Qarayev Nazirlər Forumunda -
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının 22-ci Baş Assambleyasının açılış mərasimi və Davamlı Turizm mövzusunda yüksək səviyyəli Nazirlər Forumu keçirilib.

“Xalqinfo” xəbər verir ki, açılış mərasimində Çinin Milli Turizm Administrasiyasının sədri Li Sinzao və BMÜTT-in baş katibi Taleb Rifai çıxış edərək Assambleyanı açıq elan ediblər. Daha sonra Turizm və Davamlı inkişaf məqsədləri mövzusunda yüksək səviyyəli nazirlər forumu keçirilib.

CNN İnternational telekanalının müxbiri Riçard Kuestin moderatorluğu ilə keçirilən forumda BMÜTT-in baş katibi Taleb Rifai, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMÜTT-nin İcraiyyə Şurasının sədri Əbülfəs Qarayev, Misir, Mərakeş, Kolumbiya, Gürcüstan, Filippin, İsveçrənin turizm sahəsinə cavabdeh olan nazir və komitə rəhbərləri, Turizm Etikası üzrə Dünya komitəsinin rəhbəri çıxış ediblər.

Nazir Əbülfəs Qarayev çıxışında ölkəmizdə həyata keçirilən turizm layihələri barəsində ətraflı məlumat verib.

Daha sonra Baş Assambleyanın 1-ci sessiyasında çıxış edən Nazir İcraiyyə Şurasının 2017-ci il üzrə hesabatını və 106-cı iclasın nəticələrini üzv ölkələrin diqqətinə çatdırıb. Bununla yanaşı tədbir çərçivəsində Baş Assambleyanın şərəfinə təşkil edilən ağac əkmə mərasimində nazir Əbülfəs Qarayev iştirak edib

Qarayev Nazirlər Forumunda -
Qarayev Nazirlər Forumunda -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler