» » Əbülfəs Qarayev Çində səfərdədir

Əbülfəs Qarayev Çində səfərdədir

Bölmə: Mədəniyyət
Əbülfəs Qarayev Çində səfərdədir
Məlum olduğu kimi, BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası cari ilin 11-17 sentyabr tarixində Çinin Çenqdu şəhərində keçirilir.

“Xalqinfo” xəbər verir ki, Baş Assambleyanın 22-ci sessiyası ilə yanaşı, BMÜTT-nin Avropa, Asiya, Amerika, Afrika regional komissiyalarının toplantıları, İcraiyyə Şurasının 106 və 107-ci sessiyaları, bir sıra komitələrin görüşləri, Turizm Etikası üzrə Konvensiyanın işçi qrupunun iclası və bir sıra digər tədbirlər keçirilir.

Tədbirdə Azərbaycan Respublikasını nümayəndə heyətinin rəhbəri, BMÜTT-nin İcraiyyə Şurasının sədri nazir Əbülfəs Qarayev, ölkəmizin İspaniya Krallığındakı səfiri, BMÜTT yanında daimi nümayəndəsi səfir Anar Məhərrəmov, ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm Etikası üzrə işçi qrupunun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

Cari ilin 11 sentyabr tarixində Azərbaycan nümayəndə heyəti BMÜTT Avropa Regional Komissiyasının iclasında iştirak edib.

Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasında üzvlük müddətinin başa çatmasını nəzərə alaraq ölkəmiz öz namizədliyini növbəti dövr üçün (2017-2020) yenidən təqdim edib.

Əbülfəs Qarayev Çində səfərdədir
Əbülfəs Qarayev Çində səfərdədir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler