» » “Kitab bayramı” adlı sərgi keçiriləcək

“Kitab bayramı” adlı sərgi keçiriləcək

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
“Kitab bayramı” adlı sərgi keçiriləcək
Respublika Kitabxana Kollektoru “Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçirəcək.

“Xalqinfo” xəbər verir ki, kitabın təbliği, reklamı, yayımı və satışı əsasları ilə fəaliyyət göstərən Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açmağı və ünvanını kitabın təbliği ilə tanıtmağı planlaşdırır.

Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi, Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə cari ilin 12 sentyabr – 22 sentyabr tarixində Heydər Əliyev parkında (ünvan: Nizami rayonu) yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək.

Tədbirin 12 sentyabrda saat 11:00-da gerçəkləşəcək açılış mərasimində respublikanın tanınmış ədəbi, ictimai-siyasi xadimlərinin iştirakı gözlənilir.

Sərgi-yarmarka, açılış günü istisna olmaqla, digər günlərdə saat 09:00-dan 19:00-dək ziyarətçilərini qəbul edəcək.

Hər kəs sərgi-yarmarkaya dəvətlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler