» » Heydər Əliyev adına məktəbdə bilik günü -

Heydər Əliyev adına məktəbdə bilik günü - Fotolar

Bölmə: Mədəniyyət
Heydər Əliyev adına məktəbdə bilik günü -
Bu gün Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə Bilik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

“Xalqinfo”nun məlumatına görə, tədbirdə Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr nazirinin müavini Rauf Poqosov, “Həştərxan şəhər” Bələdiyyə Təşkilatının rəhbərinin iqtisadiyyat məsələləri üzrə müavini Lyubov Plyuşenko, Şəhər Dumasının deputatı Vladimir Suxarev, Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov, ictimaiyyət nümayəndələri, valideynlər, pedaqoji işlər veteranları və məktəb şagirdləri iştirak edib.

Açılış nitqində Rauf Poqosov Heydər Əliyev adına məktəbin Həştərxan və Azərbaycan arasında səmərəli işlərin nəticəsi olduğunu qeyd edərək, yeni dərs ilində şagirdlərə işlərində uğurlar diləyib və yeni zirvələri fəth etmələrini arzulayıb.

Ədalət Hüseynov Heydər Əliyev Fondu adından Bilik günü, dərs ilinin başlanması ilə müəllim, şagird və onların valideynləri təbrik edərək, müəllimlərə uğurlar və uşaqlara gələcəkdə Azərbaycan xalqının ulu öndər Heydər Əliyev kimi layiqli insanlar olmağı arzulayıb. O, həmçinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tədris ilinin başlanması münasibətilə təbriklərini çatdırıb.

Mərasimdən sonra məktəb müəllimləri, şagirdlər və valideynlər Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidəsinin önünə gül dəstələri qoyublar.

Heydər Əliyev adına məktəbdə bilik günü -
Heydər Əliyev adına məktəbdə bilik günü -
Heydər Əliyev adına məktəbdə bilik günü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler