“Trend” informasiya agentliyinin 22 yaşı tamam olurBölmə: Mədəniyyət
“Trend” İnformasiya Agentliyi (İA) yaranma gününü qeyd edir. “Report”un xəbərinə görə, agentliyin 22 yaşı tamam olur. “Trend” Müstəqil İnformasiya Agentliyi 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. Agentlik 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. "Trend" "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. “Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars,ərəb və türk dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir. Agentliyin tərəfdaşları sırasında "Deutsche Press Agentur" (Almaniya), "Xinhua" (Çin), "Cihan" (Türkiyə), IRNA dövlət agentliyi (İran), "RİA Novosti" (Rusiya), "Deutsche Welle" (Almaniya), "RosBusinessConsulting" (Rusiya), "Afghan Voice Agency" (Əfqanıstan), "Yonhap" (Cənubi Koreya), "Kavkaz-press" (Gürcüstan), "Maghreb Arab Press" Mərakeş Dövlət Agentliyi, BELTA Belarus Teleqraf Agentliyi, "Hovar" (Tacikistan), BTA (Bolqarıstan), "Ukrinform" (Ukrayna), "Kazinform" (Qazaxıstan), "Montsame" (Monqolustan), “Agerpress” (Rumıniya), SANA (Suriya), "Jahon" (Özbəkistan), “Kabar” (Qırğızıstan) və digərləri var. “Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var. Xalqinfo.az xəbər portalının kollektivi “Trend”də çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır! |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|