» » Azərbaycanlı tarzən Beynəlxalq Festivalda “Qran pri”yə layiq görüldü

Azərbaycanlı tarzən Beynəlxalq Festivalda “Qran pri”yə layiq görüldü

Bölmə: Mədəniyyət
Azərbaycanlı tarzən Beynəlxalq Festivalda “Qran pri”yə layiq görüldü
Sahib Paşazadə Səmərqənddə “Şərq təranələri” Beynəlxalq Festivalının “Qran pri”sinə layiq görülüb.

Publika.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, dünən Səmərqənd şəhərinin Reqistan meydanında “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Festivalda dünyanın 60-dək ölkəsindən 280 ifaçı və musiqi nəzəriyyəçisi iştirak edib.

Üç üçüncü yer üzrə 3 min dolları İrandan “Naghah”, İndoneziya “INO” və Türkiyə Ensemble “Meshk” musiqi kollektivləri alıb. İki ikinci yeri Qırğızıstanın "Muras" və Litva ansamblının “Sauges” dueti tutub. ifaçılar 5 min dollar mükafata sahib olub.

Festivalda ilk iki yerin qalibləri isə Cənubi Koreyadan olan “Mohichehra” və Özbəkistandan olan “Daşkənd” ansamblı olub.

Azərbaycanın gənc tarzəni, beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Sahib Paşazadə festivalın “Qran pri” mükafatına layiq görülüb. Onu nağarada Kamran Kərimov müşayiət edib. Onların 16 dəqiqəlik çıxışı münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.
Sahib Paşazadə hisslərini belə ifadə edib:

"Mən çox xoşbəxtəm ki, biz müsabiqənin "Qran-Pri"si aldıq. Bura müqəddəs arzularımın icrası üçün gəlmişdim. Səmərqənddə çıxış etmək uşaqlıq arzum olub".

Xatırladaq ki, S.Paşazadə “Muğam dünyası” layihəsinin daimi iştirakçısı, yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq “Qran pri”yə, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında isə “Tarın Paqaninisi” tituluna layiq görülüb.

Azərbaycanlı tarzən Beynəlxalq Festivalda “Qran pri”yə layiq görüldü
Azərbaycanlı tarzən Beynəlxalq Festivalda “Qran pri”yə layiq görüldü
Azərbaycanlı tarzən Beynəlxalq Festivalda “Qran pri”yə layiq görüldü

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler