» » Berlində Əşrəf Heybətovun sərgisi keçirilir

Berlində Əşrəf Heybətovun sərgisi keçirilir

Bölmə: Mədəniyyət
Berlində Əşrəf Heybətovun sərgisi keçirilir
Avqustun 18-də Berlində Azərbaycan rəssamı Əşrəf Heybətovun sərgisi açılıb. “Tənha qadının çiçəkləri” adlanan sərgidə rəssamın son illərdə çəkdiyi 70 əsər nümayiş olunur.

Bu haqda Musavat.com-a danışan Əşrəf Heybətov sərginin Almaniyada böyük maraqla qarşılandığını deyib:“Son illər Almaniyada – Koblints şəhərində yaşayıram. Orada bir neçə sərgim keçirilib. Bu dəfə əsərlərimi Berlində sərgiləmək dəvəti aldım. Sərgini Berlin və Koblints şəhərlərinin rəhbərləri birgə təşkil edib. Rəssamlarla, sənətsevərlərlə yanaşı mərasimə meriya rəhbərliyi də qatılmışdı Almanlarla söhbətimdə onlar əsərlərimdəki isti rəngləri və insan xarakterlərini bəyəndiklərini bildirirlər”.

İyun ayının 5-12-də isə Əşrəf Heybətovun Lixtenşteyn knyazlığında sərgisi keçirilib:“İndiyə qədər Lixtenşteyndə heç bir Azərbaycan rəssamının sərgisi olmayıb. Bu, Avstriya və Macarıstanın qovşağında yerləşən əsrarəngiz Lixtenşteyndə Azərbaycan rəngkarlıq sənəti ilə bağlı ilk fərdi sərgi idi. Avropa insanının məişətində sənət çox önəmli yer tutur. Yeni mədəniyyətləri, yeni tendensiyaları tanımaq onlar üçün hər zaman çəkicidir. Bu səbəbdən sərgiyə maraq böyük oldu”.

Rəssam bildirir ki, yaxın zamanlarda Koblintsdə yeni sərgi hazırlıqlarına başlanacaq.

Berlində Əşrəf Heybətovun sərgisi keçirilir
Berlində Əşrəf Heybətovun sərgisi keçirilir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler