» » Vaqif İbrahimoğlu tələbələrinin gözündə:

Vaqif İbrahimoğlu tələbələrinin gözündə: “O, dahi idi”

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
Vaqif İbrahimoğlu tələbələrinin gözündə:

Bu gün Azərbaycan rejissorluq sənətinin öndə gedən simalarından olan, novator Vaqif İbrahimoğlunun 65 yaşı tamam olur.


Tələbəsi, aktyor Kamran Yunis bildirir ki, Vaqif İbrahimoğlu psixosof poetikasının müəllifi, Azərbaycanda ilk özəl teatrın yaradıcısı və Azərbaycan mədəniyyətinə mükəmməl aktyorlar bəxş etmiş dahidir:

“O, teatrımızın rəngi idi desəm, yanılmaram. Böyük türk mədəniyyətinə söykənən, Yuğlama rituallarından qaynaqlanıb "YUĞ" teatrını yaradan İnsandır Vaqif İbrahimoğlu. Heç vaxt yorulmayan, sənət enerjisi ilə yaşayan, yaradan insandır. 61 illik həyatında 1 saniyə də olsun təkrarlanmayandır... 24 ildir tanıyıram onu... yorulduğunu, "həvəsim yoxdur" deməyini görməmişdim. Mən xoşbəxt insanam. Mən o insanın sevdiyi aktyoram. O, sizin düşündüyünüzdən də böyük idi... Mən bunu qastrollarda, yol yoldaşı olanda görmüşəm... İlahi, yəni bu qədər böyük olmaq olar? Bilmirəm, amma o, doğrudan da böyük idi. Azərbaycan isə onun dəyərini verə bilmədi!!! Darıxıram səninçün, Vaqif müəllim... Görüşmək ümidi ilə, hələlik, Ustad”.

Sənətkarın digər tələbəsi, aktyor Rasim Cəfər isə müəllimi barədə bunları deyib:

“Vaqif müəllim haqqında nə desəm, nə yazsam, azdı. O, sözün əsl mənasında müəllim, ustad idi. Tələbələrinə ata kimi idi. Mən şadam ki, Vaqif İbrahimoğludan çox qısa müddətdə olsa belə, nələrisə öyrənmişəm, dərs almışam. O, böyük insan idi...Bilmirəm nə deyim? Mənim üçün O həm həyatda, həm də sənətdə müəllimdir, ustaddır”.

Qeyd edək ki, 1967-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olan V.İbrahimoğlu 1973-76-cı illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. 1976-79-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-82 -ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-89-cu illərdə isə”Muzkomediya”da baş rejissor vəzifəsində çalışıb. Akademik Milli Dram Teatrında, Türkiyə, Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala teatrında müxtəlif tamaşalara quruluş vemriş sənətkar 1989-cu ildə “YUĞ” teatrının əsasını qoyub. Mərhum sənətkar 2001-ci ilin may ayında Bakıda vəfat edib.
Allah rəhmət eləsin!

Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler