» » Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin ölüm xəbəri yayılıb

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin ölüm xəbəri yayılıb

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin ölüm xəbəri yayılıb
ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə şənbə günü vəfat edib.

Xalqinfo.az bu barədə Trend İran KİV-lərinə istinadən xəbər verir.

* * *

Xalqinfo.az xəbər verir ki, Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova Azvision.az-a açıqlamasında məlumatı təkzib edib:

“Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır”, - deyə Şahnaz Şahbazova vurğulayıb.

Qeyd edək ki, Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.

Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Məşhur riyaziyyatçı 1946-ci ildən ABŞ-da Massaçusets texnologiya institutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya universitetində elmlər doktoru alimlik dərəcəsini alıb.

Lütfi Zadə dünya şöhrətini 51 il əvvəl süni intelellekt sahəsində qeyri-səlis məntiqi (fuzzy logic) nəzəriyyəsini hazırlayaraq qazanıb.

Qeyd edək ki, bundan öncə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barəsində bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler