» » Qırğız Respublikasında Azərbaycan Musiqi Günü keçirilib -

Qırğız Respublikasında Azərbaycan Musiqi Günü keçirilib - FOTOSESSİYA

Bölmə: Mədəniyyət, Fotosessiya
Qırğız Respublikasında Azərbaycan Musiqi Günü keçirilib -

Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycan musiqisi günü keçirilib. apa-nın məlumatına görə, tədbirdə Qırğız Respublikasının hökumət üzvləri, xarici dövlətlərin ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Mərasimdə Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Timur Salamatov, Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin birinci müavini Akimbek Tekeşov çıxış ediblər.

A.Tekeşov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucova Azərbaycanla Qırğızıstan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin fəxri medalını təqdim edib.

Səfir bildirib ki, Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir.

H. Orucov “Arşın mal alan” operettasını tamaşaya hazırladığı üçün Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının premyerası keçirilib.

Tamaşanın quruluşçu dirijoru Qırğız Respublikasının xalq artisti Jumakadır Kanimetov, quruluşçu rejissoru əməkdar artist Sapar İsmailov, quruluşçu baletmeysteri Berdalı Pomankulov, quruluşçu-xormeysteri Karaqul Tilençiyevdir.

Əsərin librettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur.

Tamaşanı teatrın xoru və simfonik orkestri müşahidə edib.


Qırğız Respublikasında Azərbaycan Musiqi Günü keçirilib -
Qırğız Respublikasında Azərbaycan Musiqi Günü keçirilib -
Qırğız Respublikasında Azərbaycan Musiqi Günü keçirilib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler