» » “Mən heç vaxt yaxşı olmayacağam” -

“Mən heç vaxt yaxşı olmayacağam” - Rafiq Hüseynov

Bölmə: Mədəniyyət
“Mən heç  vaxt yaxşı olmayacağam” -
“Haradasa avqustun 20-dən sonra yenidən Türkiyəyə getməliyəm. Həkimlər daha bir dəfə əməliyyat olunmağımı bildirirlər. Ayın 20-dən sonra orada mütləq əməliyyat olunmalıyam”.

Bunu Modern.az saytına açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bildirib. Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. Elə sonuncu əməliyyatı da bağırsağında aparılıb.

Rafiq Hüseynov müalicənin müsbət nəticə verəcəyinə inansa da, ümumilikdə, lap yaxşı olacağına inanmır:

“Hamıya deyirəm, bundan sonra mən heç vaxt yaxşı olmayacağam. Heç kimə deyə bilmərəm ki, yaxşıyam. Məndə bir xəstəlik deyil ki, bir neçə xəstəlikdir.

71 yaşım var, ayaqlarım xəstə, başım gicəllənir. O qədər şeylər var ki... Amma madam ki, əməliyyat olunmağı deyiblər, deməli, nəyəsə inanırlar”.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov əsasən ağ ciyər xərçəngindən müalicə olunur və bu səbəbdən Türkiyədə əməliyyat da edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler