» » “Müasir Azərbaycan kinolarını izləməmişəm, aktyorları da tanımıram” -

“Müasir Azərbaycan kinolarını izləməmişəm, aktyorları da tanımıram” - Rüstəm İbrahimbəyov

Bölmə: Mədəniyyət
“Müasir Azərbaycan kinolarını izləməmişəm, aktyorları da tanımıram” -
Avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd edilir.

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır.

1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başlayıb. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələri özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verib.

Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər olub.

Tanınmış kinorejissor, ssenarist Rüstəm İbrahimbəyov Modern.az saytına Kino Günü ilə bağlı bunları deyib.

“Sovet dövründə Azərbaycanda bir-birindən maraqlı kinolar çəkilirdi. Həm istedadlı aktyorlarımız, həm də rejissorlarımız vardı. İndi də hansı sadə vətəndaşa yaxınlaşıb köhnə Azərbaycan kinolarını xəbər alsan dərhal həm filmin, həm də aktyorların adını çəkəcək.

Bu da həmin dövrdə kino sənətinin çox yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu yaşımda belə, film çəkilişlərində iştirak edirəm. Kino mənim həyatımdır. Kino üzərində o dərəcədə həvəslə çalışıram ki, səhhətimdə yaranan problemləri də unuduram. Hazırda işlərimlə bağlı gah Fransada, gah da Amerikada oluram”

O, müasir Azərbaycan kinolarından da söz açıb.

“Müasir Azərbaycan kinolarını heç izləməmişəm. Aktyorları, rejissorları da tanımıram. Düşünürəm ki, müasir Azərbaycan kinolarını inkişaf etdirmək lazımdır”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler