» » Gənc Tamaşaçılar Teatrı Rusiya Teatrı ilə əlaqələrini genişləndirir

Gənc Tamaşaçılar Teatrı Rusiya Teatrı ilə əlaqələrini genişləndirir

Bölmə: Mədəniyyət
Gənc Tamaşaçılar Teatrı Rusiya Teatrı ilə əlaqələrini genişləndirir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyi ətrafında məsələlər müzakirə edilib. Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu, qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq olduğunu vurğulanıb. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov Rusiya və Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler