» » “Azərbaycan Əlifbası və Dili günü”nə həsr olunmuş sərgi açılıb

“Azərbaycan Əlifbası və Dili günü”nə həsr olunmuş sərgi açılıb

Bölmə: Mədəniyyət
“Azərbaycan Əlifbası və Dili günü”nə həsr olunmuş sərgi açılıb
Azərbaycan Milli Kitabxanasında “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı kitab sərgisinin açılışı olub.

"Xalqinfo" xəbər verir ki, tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq əvvəlcə tədbir iştirakçılarını salamlayıb, sonra o, Azərbaycan Əlifbasının və Azərbaycan Dilinin tarixi, bugünə kimi keçdiyi şərəfli inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib.

Kitabxananın şöbə müdirləri Əsədova Rəna, Hüseynova Gülər Azərbaycan dilinin sadəliyindən, aydınlığından bəhs ediblər. Sonra isə tədbir iştirakçıları “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı kitab sərgisi ilə tanış olublar. Sərgi tədbir iştirakçıları və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

“Azərbaycan Əlifbası və Dili günü”nə həsr olunmuş sərgi açılıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler