» » Flora Kərimova arzuolunmaz vəziyyətə düşdü -

Flora Kərimova arzuolunmaz vəziyyətə düşdü - Fotolar

Bölmə: Mədəniyyət
Flora Kərimova arzuolunmaz vəziyyətə düşdü -
Paytaxt məkanlarının birində mətbuatın 142 illiyinə həsr olunmuş tədbir keçirilib.

Xalqinfo” PrimeTime.az-a istinadən xəbər verir ki, tədbirə qatılan xalq artisti Flora Kərimova və modelyer Fəxriyyə Xələfovanın köməkçisi arasında xoşagəlməz söhbət baş verib. Belə ki, F.Kərimova onun üçün ayrılmış masada xalq artisti Amaliya Pənahova ilə birgə əyləşib. Bir az keçəndən sonra masaya F.Xələfovanın köməkçisi yaxınlaşıb. İfaçının modelyerlə eyni masada oturacağını görən köməkçi təşkilatçılarla danışaraq F.Kərimovanın başqa yerə keçirilməsini tələb edib.

Təşkilatçılar isə bundan boyun qaçırıb. Modelyerin köməkçisi bu dəfə xalq artistinə yaxınlaşıb və onunla söhbət etməyə başlayıb. Köməkçinin iradından sonra Flora Kərimova masadan qalxaraq etirazını bildirib və məcburən başqa yerdə əyləşib.

Qeyd edək ki, Flora Kərimovanın Amaliya Pənahova ilə də münasibətləri yaxşı deyil.

Flora Kərimova arzuolunmaz vəziyyətə düşdü -
Flora Kərimova arzuolunmaz vəziyyətə düşdü -
Flora Kərimova arzuolunmaz vəziyyətə düşdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler