» » İsveçdə caz mükafatına türk əsilli cazmenin adı verildi

İsveçdə caz mükafatına türk əsilli cazmenin adı verildi

Bölmə: Mədəniyyət
İsveçdə istedadlı gənc musiqiçiləri həvəsləndirmək məqsədiylə bu ildən etibarən yeni təsis olunan həvəsləndirmə mükafatına 35 yaşlı türk əsilli caz bateristi (zərb alətləri ifaçısı) Robert Mehmet İkiz'in adı verildi. Türk musiqiçinin şərəfinə təsis olumuş "İkiz Düşərgəsi Fondu" adlı həvəsləndirmə mükafatı ilk olaraq 10 oktyabrda başlayan Stockholm Caz Festivalının açılışında təqdim olundu. Klara Jutterströmun təsisçiliyi və sponsoru olduğu bu mükafat növbəti illərdə də caz festivalının açılış günündə təqdim olunacaq. Bu ilki 10 min kronluk mükafatı konservatoriya tələbəsi Mikael Emilsson qazandı.

”İkiz Düşərgəsi Fondu”nun qurucusu Klara Jutterström, mükafat mərasimindəki çıxışında, özünün bir caz aşiqi olduğunu ifadə edərək Robert Mehmet İkiz'i illərdən bəri izlədiyini söylədi. Dünyanın bir çox nəhəng caz festivallarında iştirak etmiş Robert Mehmet İkiz'in musiqi dünyasına heyran olduğunu ifadə edən Jutterström, "İkiz- müvəffəqiyyətləriylə gənc musiqiçilərə nümunə olacaq bir addır, məhz elə buna görə də sponsoru olduğum mükafata onun adını verdim", - deyə fikirlərini tamamladı.

Robert Mehmet İkiz də öz növbəsində mükafata adının verilməsindən qürur duyduğunu ifadə edərək, istedadlı gənclərin həvəsləndirməsinin əhəmiyyətli olduğunu öz həyatından xatirələr danışaraq dilə gətirdi. Robert Mehmet İkiz dörd Beynəlxalq
İsveçdə caz mükafatına türk əsilli cazmenin adı verildi
Caz Festivallarının laureatı və baş mükafat sahibidir.

Xalqinfo.az Musavat.com a istinadən xəbər verir ki,Dövrünün tanınmış türk jurnalisti olan atası Osman İkizin hərbi çevriliş dönəmində mühacirət etməsi səbəbiylə 1982-ci ildən bəri İsveçdə yaşayan Robert Mehmet İkiz, akademik təhsilini Los Angeles Musiqi Akademiyasında alib. Akademiyada Tony Inzalaco, Sherman Ferguson və Joe Porcaro kimi məşhur caz musiqiçilərindən dərs alan İkiz, tələbəlik dövründə David Ornette Cherry, Justo Almario kimi musiqiçilərə dostluq edir. Təhsilini tamamladıqdan sonra İsveçə dönən Robert Mehmet İkiz, məşhur saksafonçu Bernt Rosengren'in qrupuna qatılır. Daha sonra İngiltərənin BBC caz orkestrində, Berlin filarmoniyasında və Lükemburg Filarmoni orkestrlərinin konsertlərində xüsusi qonaq sənətçi olaraq ifa edən İkiz, İsveç Kral Musiqi Akademiyasının 1999 və 2003 illərindəki zərb alətləri ifasına görə 2004də isə caz mükafatını qazandı.

Robert Mehmet İkiz İsveçin ən məşhur cazmeni olmaqla yanaşı öz ana vətəni Türkiyəni də unutmur. Onun İstanbuldakı məşhur ”Gəzi olaylarına” həsr edilmiş ”Hər yer Taksim” adlı caz kompozisiyasını minlərlə insan dinləmişdir.

Azərbaycanda hər il Beynəlxalq Caz festivalı keçirilir. Ümidvarıq ki, təşkilatçılar gələcəkdə bu festivallara Robert İkizi də dəvət edəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler