» » “Hamı məndən toyun vaxtını öyrənmək istəyir”

“Hamı məndən toyun vaxtını öyrənmək istəyir” Elçibəyin oğlu

Bölmə: Mədəniyyət
“Hamı məndən toyun vaxtını öyrənmək istəyir”
“Bilirəm ki, hamı toyun vaxtını öyrənmək istəyir. Deyirlər ki, Ramazan ayı da çıxdı, niyə evlənmirsən?! Cavab olaraq deyim ki, yaxın vaxtlarda da toy gözlənilmir”.

Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev toy olacağı xəbərinə cavab verərkən deyib.

O, bildirib ki, toyun olmaması ilə bağlı müəyyən problemlər var.

“Toy məsələsi uzanır. Hər kəs bununla bağlı suallar verir. Bir məsələ var ki, problemlər var. Problemlərin olması toyun gerçəkləşməsini ləngidir. Ona görə də toyla bağlı konkret nəsə deyə bilmirəm”.

Ərturqut Əliyev atasının vəfatından sonra verilən ev məsələsinə də aydınlıq gətirib.

“Bizə hansısa məmur, ya da dövlət ev verməyib. Elə əvvəlki evimizdə yaşayırıq”.

Qeyd edək ki, Ərturqut Əliyev 2 ilə yaxındır ki, nişanlıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler