» » Tanınmışlar Fəvvarələr Meydanında -

Tanınmışlar Fəvvarələr Meydanında - Fotolar

Bölmə: Mədəniyyət
Tanınmışlar Fəvvarələr Meydanında -
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəyəsi çərçivəsində şəhər sakinlərinin həftə sonu istirahətinin maraqlı keçməsi üçün yenidən açıq hava konsertlərinə start verilib.

"Xalqinfo" xəbər verir ki, ilk açılış konsertində tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, məhşur şanson mahnıların ifaçısı Ceyhun Bakinski,estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Gümüş, Tafur, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev öz çıxışları ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar. Həmçinin, konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim olunub, yaradıcı gənclərin əl işlərindən ibarət rəsm sərgisi maraqla qarşılanıb.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir.

Tanınmışlar Fəvvarələr Meydanında -
Tanınmışlar Fəvvarələr Meydanında -
Tanınmışlar Fəvvarələr Meydanında -
Tanınmışlar Fəvvarələr Meydanında -
Tanınmışlar Fəvvarələr Meydanında -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler