» » Əbülfəs Qarayev iclas keçirdi -

Əbülfəs Qarayev iclas keçirdi - Fotolar

Bölmə: Mədəniyyət
Əbülfəs Qarayev iclas keçirdi -
Bu gün Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub.

"Xalqinfo" xəbər verir ki, prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən hazırlanan Tədbirlər Planının layihəsinin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tədbirlər planı haqqında məlumat verib. Bildirib ki, bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı ümumi koordinasiya Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Nazir diqqətə çatdırıbı ki, yubiley tədbirinin keçirilməsi ilə bağlı qarşımızda böyük məqsədlər dayanır. Yubiley tədbirləri ilə bağlı komissiyaya 200-dək təklif təqdim olunub və bunlardan yüz layihə qəbul edilib. Təqdim edilən layihələrlə bağlı bütün sənədlər bu ayın sonuna kimi hazırlanıb müvafiq dövlət strukturlarına təqdim edilməlidir. Bu tədbirlərin vaxt bölgüsü nazirliklər arasında dəqiqləşdirilməlidir ki, bu da tədbirlərin daha keyfiyyətli keçirilməsinə şərait yaradacaq.

Sonra Tədbirlər Planının layihəsi ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Əbülfəs Qarayev iclas keçirdi -
Əbülfəs Qarayev iclas keçirdi -
Əbülfəs Qarayev iclas keçirdi -
Əbülfəs Qarayev iclas keçirdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler